EN

“Talıbovlar ailəsinin 8 milyonu yox, 800 milyondan da çox pulu var”

“Məmurların var-dövləti məsələsi Azərbaycanda o qədər yayılıb ki, demək olar, heç kim təəccüblənmir. Əslində bu da bir mənada məmurların özünümüdafiə vasitəsinə keçib. Artıq kiminsə adı milyonlar, on milyonlar, yüz milyonlarla hallanır və cəmiyyətdə ajiotaj olmadığı üçün bunlarda toxunulmazlıq immuniteti yaranır. Normal ölkələrdə, məsələn, Avropada yüz minə, on minə görə parlamentdə partiyalar istefa verir, hökumətlər xalqdan üzr istəyir, istefa verir. Biz də isə adi bir Dövlət Miqrasiya Xidmətinin rəis müavini Rza Talıbov - hamımıza bəllidir ki, ora necə gəlib çıxıb, atasının sayəsində, heç nədən çəkinmədən 8 milyonluq açıq-aşkar otel ala bilir. Cəmiyyətdə niyə bu o qədər də gözlənilən ajiotaj doğurmur? Çünki cəmiyyət gözəl bilir ki, Talıbovlar ailəsinin 8 milyonu yox, 800 milyondan da çox pulu var. Milyardlarla... Buna görə də insanlara 8 milyon kiçik gəlir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

“Niyə hesabat istənilmir? Məsələn, on beş-iyirmi gün bundan əvvəl eyni şeyi Adnan Əhmədzadə haqqında da demək olardı ki, bu pulların mənbəyi haradandır? Biz onsuz da o sualları verirdik. Necə ona cavab yox idisə, indi Talıbovlarla da bağlı cavab yoxdur. Görünən budur ki, hakimiyyət məmurların varidatından məlumatlıdır. Sadəcə, özünün siyasi və iqtisadi maraqları üst-üstə düşəndə həmin şəxsi həbs edir, yaxud mülklərinə, varidatına “əl qoyur”. Vasif Talıbov barədə istintaqda İsa Həbibbəylinin oğlunun ifadələri var idi. Mediada da yayılmışdı. İsa Həbibbəyli AMEA-nın prezidentidir, Vasif Talıbovun oğlu isə Dövlət Miqrasiya Xidmətində generaldır. Özləri özləri haqda cinayət işi açmayacaqlar ki. Güman edirik, nə vaxtsa hər kəs ədalət qarşısında cavab verəcək”, - partiya sədri bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 26 Sentyabr 2025, 08:37   
Chosen
14
4
pravda.az

5Sources