EN

Tokayev XİN başçısını özünə köməkçi təyin etdi

Murat Nurtleu Qazaxıstanın xarici işlər naziri vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

    Prezidentin digər fərmanı ilə Ermek Koşerbayevi xarici işlər naziri təyin olunub. Qeyd edək ki, Ermek Koşerbayev 2020-2023-cü illərdə Qazaxıstanın Rusiyada səfir i olub.

    Keçmiş xarici işlər naziri Murat Nurtleu isə Qazaxıstan Prezidentinin köməkçisi təyin edilib.

     

    Chosen
    10
    1
    bakivaxti.az

    2Sources