EN

Emin Əmrullayev: Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır

“Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır”.

TƏHSİL.BİZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev yeni mövsümlə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, idman yalnız meydandakı mübarizə yox, həm də əyləncədir: "Çalışırıq ki, insanlar basketbolu sevsinlər. Ümumiyyətlə, bu idman növünün birdən-birə inkişaf etməsi çətindir. Buna zaman lazımdır. Üç-dörd il bundan əvvəl bizdə oturuşmuş basketbol klubu yox idi. Yalnız NTD-ni saymaq olar. Lakin indi vəziyyət müsbətə doğru dəyişir. Artıq bölgələrimizi də təmsil edən kollektivlər var. Çalışırıq ki, hər il komandalara ən azı bir-iki sponsor tapaq. Hazırda liqada olan 12 klubdan yarısı tam olaraq formalaşıb”.

Chosen
16
3
tehsil.biz

4Sources