EN

Tramp Sorosa xəbərdarlıq etdi

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, maliyyəçi Corc Soros və "LinkedIn"in həmtəsisçisi Rid Hoffman solçu radikalları maliyyələşdirdikləri aşkar edilərsə, hüquqi problemlə üzləşə bilərlər.

Modern.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Sorosa yenidən xəbərdarlıq edib:

"Əlbəttə, Soros tez-tez eşitdiyim addır. Mən radikal solçu olan kifayət qədər varlı insanların adlarını eşidirəm. Rid Hoffman adlı bir oğlan haqqında da eşidirəm. Əgər bu işləri maliyyələşdirsələr, problem yaşayarlar", - Amerika lideri qeyd edib.

Tramp ABŞ-də siyasi terrorizmin artmasında, xüsusən də müttəfiqi Çarli Kirkə qarşı sui-qəsd cəhdində solçu radikalları günahlandırır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Corc Sorosun ölkədə etiraz aksiyalarının təşkilində iştirakı ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu bəyan etmişdi.

Chosen
8
9
modern.az

10Sources