EN

Tovuzda ev yanıb


Tovuz rayonunun Abulbəyli kəndində yanğın qeydə alınıb. Kənd sakini Mənsurə Məmmədovaya məxsus 185 m² sahəsi olan evdə yanğın baş verib. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı 185 m² olan evin 125 m² hissəsi əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqda olan evlər yağından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Chosen
11
14
baki-xeber.com

10Sources