EN

"Azeri Light"-ın qiyməti artır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,29 ABŞ dolları və ya 0,4% artaraq 72,43 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,14 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Chosen
58
15
news24.az

10Sources