EN

Təzə balıq seçməyinizə kömək edəcək əlamətlər

Balıq alarkən onun görünüşünü diqqətlə qiymətləndirmək vacibdir.

E-saglam.az-ın ekspertlərə istinadən xəbərinə görə, təzə balığın gözləri aydın, şəffaf, parlaq və bir az qabarıq olmalıdır.

Təzə balığın solunqaçları parlaq və ya açıq qırmızı, çəhrayı, nəmli və parlaq olmalı, həmçinin təmiz və dəniz qoxusuna malik olmalıdır. Balığın bədəninə barmağınızı basdıqda, əzələ dərhal əvvəlki formasına qayıtmalıdır. Ümumilikdə, yaxşı bir məhsul neytral və ya dəniz küləyi kimi təzə qoxuya sahib olmalıdır.

Ekspertlər əlavə edirlər ki, dondurulmuş məhsul alarkən paketdə çoxlu qar və buz olmadığından əmin olmaq lazımdır; bu, məhsulun yenidən dondurulmadığının göstəricisidir. Həmçinin, balığın bədənində sarı ləkələrin olmaması vacibdir, çünki bu, yağın oksidləşməsinin əlamətidir.

Balıq Məhsullarının Təşviqi Agentliyinin terapevti və qidalanma mütəxəssisi Yulia Vatagina qeyd edib ki, Alzheimer xəstəliyinin effektiv qarşısını almaq üçün həftədə iki-üç dəfə balıq yemək kifayətdir. Xüsusilə siyənək, uskumru və digər yağlı balıq növlərinə üstünlük verilməsi tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
13
e-saglam.az

1Sources