EN

İlham Əliyev əsl dostdur - Vuçiç

Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımız və hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə Serbiyada tanınmış lider deyil, həm də, Serbiya xalqının sevdiyi şəxsdir.

“Eyni zamanda, biz müxtəlif səviyyələrdə əməkdaşlığımızı genişləndirdik. Bir gün əvvəl parlament sədrimiz Bakıda, sizin ölkənizdə oldu və biz kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər müxtəlif sahələrdə, müxtəlif məsələlərdə əməkdaşlıq edirik. Biz bunu gələcəkdə də edəcəyik, əməkdaşlığın səviyyəsini yüksəldəcəyik və təkmilləşdirəcəyik. Azərbaycanlı dostlarımıza və qardaşım Prezident İlham Əliyevə ən xoş arzularımı çatdırıram”,- deyə Serbiya Prezidenti əlavə edib.

Chosen
17
24
axar.az

10Sources