EN

ATU Gəncə Cihazqayırma Zavodu ilə əməkdaşlıq edəcək

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Gəncə Cihazqayırma Zavodu (GCZ) arasında işgüzar görüş keçirilib.

TƏHSİL.BİZ -in məlumatına görə, görüşdə ATU-nun rektoru Yaşar Ömərov və GCZ-nin direktoru Ayət Bağırov iştirak ediblər.

Tərəflər universitet-sənaye əməkdaşlığı, kadr hazırlığı və birgə fəaliyyət imkanlarını müzakirə ediblər. Görüş çərçivəsində ATU ilə GCZ arasında anlaşma memorandumu imzalanıb. Sənəddə kadrların hazırlanması, istehsalat təcrübələrinin təşkili, tədris-metodiki vəsaitlərin birgə hazırlanması, elmi əməkdaşlıq, məzunların işlə təmin olunması və davamlı öyrənmə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.İmzalanmadan sonra ATU nümayəndə heyəti zavodun fəaliyyəti ilə tanış olub və istehsal prosesini izləyib.

 

 

 

 

 

Chosen
9
2
tehsil.biz

3Sources