Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında 1 milyard 48 milyon 74 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 119 milyon 964 min manat və ya 12,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603 milyon 414 min manata bərabər olub. Bu da illik müqayisədə 105 milyon 69 min manat və ya 21,1% artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!