Olaylar.az xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdelhafiz Nofal "RIA Novosti"yə açıqlamasında məlumat verib.
"Biz müraciət etmişik, amma bildiyiniz kimi, Fələstinin müəyyən şərtləri var. Hesab edirəm ki, Fələstin hələlik şərtlər tam üzvlüyə imkan verənədək birlikdə qonaq statusunda iştirak edəcək. Hələlik cavab almamışıq", - deyə səfir qeyd edib.
Qeyd edək ki, BRİCS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılıb, 2011-ci ildə Cənubi Afrika Respublikasının qoşulması ilə genişlənib. 2024-cü ildən etibarən Misir, BƏƏ, Efiopiya və İran da təşkilata daxil olub. 2025-ci ilin yanvarından isə İndoneziya tamhüquqlu üzv kimi qoşulub. Blokla tərəfdaş statusunda Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Nigeriya, Tayland, Uqanda, Özbəkistan və Vyetnam əməkdaşlıq edir.