Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dolları və ya 0,4% artaraq 72,43 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,14 ABŞ dolları idi.
Xatırladaq ki, ölkənin 2025-ci il dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları nəzərdə tutulub.