EN

Bakıdan Mingəçevir və Gəncəyə saatda neçə ilə gedəcəyik? Sürət artdı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Bu gün regionlarımız sürətlə inkişaf edir. Yeni iş yerləri açılır, biznesə ciddi maraq var, regionlara investisiya yatırılır. Eyni zamanda insanlarımızın yaşadıqları yerdən paytaxta və digər regionlara səfərləri artıq intensiv xarakter daşıyır. Bu baxımdan Mingəçevirə və yaxın  rayonlara qatar marşrutlarının açılması çox mühüm hadisədir”.

Bu sözləri Globalinfo.az-a Mingəçevirin deputatı Aydın Mirzəzadə Mingəçevir-Gəncə-Ağstafa qatar reysinin açılışı ilə bağlı deyib.

Deputat qeyd edib ki, qatarda gedişhaqqı digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən ucuzdur:

“Sürət həddi artıb. Getdiyimiz qatarın sürəti saatda 137 kilometrdir. Bu, avtomobil sürətinə bərabərdir.  Həmçinin bu, tək sərnişin yox, yük daşımasıdır. Yük daşınmasında maya dəyərinin aşağı salınması, təbii ki, biznesmenləri böyük həvəslə regionlara investisiya yatırmağa dəvət edir”.

Aydın Mirzəzadə deyib ki, Azərbaycan Dəmir Yolları QSC-nin dəmir yolu xəttinin inkişafı ilə bağlı gördüyü fəaliyyət diqqət cəlb edəndir:

“Ölkə başçımızın onların qarşısına qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi yaxşıdır. Müasir qatarlar alınır, dəmir yolu xətti yenilənir, eyni zamanda, qatarların təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük işlər aparılır. Hesab edirəm ki, Azərbaycanın ümumi inkişafında dəmir yolu xətti sisteminin inkişafı nəzərəçarpandır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
globalinfo.az

1Sources