EN

Fatmayı və Goradil bu saata kimi işıqsız qalacaq KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bağlar ETSİ-nə daxil olan bəzi ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

KONKRET.az Azərişıq ASC-yə istinadən xəbər verir ki, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 26 sentyabr tarixində 110/35/6 kV-luq 136 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan 13:00-dək Fatmayı və Goradil bağlarında, eləcə də kəndlərin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
25
konkret.az

10Sources