EN

Fərhad Bədəlbəyli: Niyə "Leyli və Məcnun” operası əsasında film çəkilmir?

BAKI, 26 sentyabr. TELEQRAF

"Leyli və Məcnun” sırf Ərəbistanla bağlıdır, biz niyə ərəbdilli ölkələrdə film-opera kimi çəkmirik?!

Teleqraf xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən “Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə” adlı Beynəlxalq Forumda deyib.

O, forumda iştirak edən ICESCO-nun Bakıda Regional Ofisinin direktoru Abdulhakeem Alsenana müraciət edib.

“Azərbaycanda əsər halında bu boyda sərvət var. Bundan niyə istifadə etməyək? Bu həm də ərəblərin öz tarixidir. Mən sizi əmin edirəm, bu, bütün müsəlman dünyasına səs sala bilər. Bu edilməlidir, bu vacibdir”, - xalq artisti müraciətində bildirib.

Chosen
16
10
teleqraf.com

10Sources