EN

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin olundu

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 27-də Bakı–Ağstafa, sentyabrın 28-də isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfərlər təşkil olunur.

Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.

Chosen
25
49
axar.az

10Sources