EN

“Onları hamıdan yaxşı tanıyıram” Tramp Ərdoğan görüşündə maraqlı an

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi kritik görüşdən diqqət çəkən dialoq ortaya çıxıb. Təxminən 2 saat 20 dəqiqə davam edən sammitdə Qəzza və F-35 döyüş təyyarələrindən tutmuş, enerji razılaşmalarından Suriyaya qədər geniş mövzular müzakirə edilib. Bununla belə, sammitdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, energetika naziri Alpaslan Bayraktar, Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu, MİT rəhbəri İbrahim Kalının da iştirak etdiyi görüşdə Trampın Türkiyə nümayəndə heyəti ilə bağlı dediyi fikirlər ən diqqətçəkəni olub.

Yayılan görüntülərdə Trampın "Mən onların hamısını hamıdan yaxşı tanıyıram. Çox ağıllıdırlar, kaş ki, o qədər də ağıllı olmasaydılar" dediyi eşidilib.

Görüşdən sonra Tramp şəxsən prezident Ərdoğana kreslosunu təklif edib və bu, səmimi anlarda kameralara düşüb.

Görüşün sonunda Tramp Ərdoğanı avtomobilinə qədər müşayiət edib. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
azpolitika.info

1Sources