EN

Tokayev Yermek Koşerbayevi yeni XİN rəhbəri təyin edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleunu Baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən azad edib və onu beynəlxalq məsələlər üzrə köməkçisi təyin edib. Bu barədə Tokayevin fərmanında deyilir.

Tokayevin mətbuat xidmətinin yaydığı sərəncamda deyilir: “Nurtleu Murat Abuqaliuli əvvəlki vəzifəsindən azad edilərək Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edilsin”.

Qeyd edək ki, hal-hazırda Murat Nurtleu BMT Baş Assambleyasının sessiyasında iştrak etmək üçün Nyu-Yorka səfərdədir.

Əvvəllər Rusiyada səfir vəzifəsində çalışmış Yermek Koşerbayevin xarici işlər naziri təyin edilməsi haqqında fərman eyni vaxtda dərc edilib.

“Yermek Bedelbayeviç Koşerbayev əvvəlki vəzifəsindən azad edilərək Qazaxıstan Respublikasının xarici işlər naziri təyin edilsin”, – sərəncamda qeyd olunur.

Koşerbayev yeni təyinatdan əvvəl Baş nazirin müavini vəzifəsində çalışıb. O, əvvəllər Şərqi Qazaxıstan vilayətinə rəhbərlik edib, 2020-2023-cü illərdə Qazaxıstanı Rusiyada səfir kimi təmsil edib.

Chosen
12
veteninfo.az

1Sources