EN

Merkel SSRİ-nin dağılmasını "ömür boyu xoşbəxtlik" adlandırıb

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin Sovet İttifaqının dağılması ilə bağlı fikir ayrılığının, onların "barrikadanın əks tərəfində" olduqlarını başa düşmələrinə səbəb olduğunu deyib...

Poliqon xəbər verir ki, keçmiş kansler bu barədə Der Spiegel jurnalına verdiyi müsahibəsində danışıb.

Poliqon xəbər verir ki, Merkel Rusiya liderinin SSRİ-nin dağılmasını "əsrin ən böyük fəlakəti" adlandırdığını xatırladıb və onunla razılaşmadığını bildirib.

Almaniya hökumətinin keçmiş başçısı Putinə "İndi ən böyük fəlakət adlandırdığınız şey mənim bütün həyatımın xoşbəxtliyidir" deyib.

Merkel 2024-cü ildə xatirələrini dərc etdirib. Kitabın bir fəsildə o, Vladimir Putinlə danışıqlar zamanı özü ilə gətirdiyi qara Labrador Konnin görünüşü ilə bağlı hisslərini bölüşüb. Keçmiş kansler bir dəfə Ukermarkdakı bir yarmarkada it tərəfindən dişlənməkdən qorxduğunu da əlavə edib.

Merkelin sözlərinə görə, itin danışıqlarda iştirakı təsadüfi deyildi. Putin bunu təkzib edib və baş vermiş hadisəyə görə kanslerdən üzr istəyib.

Poliqon.info

Chosen
8
poliqon.info

1Sources