EN

Kasparovunmuxtariyyətaçıqlamasına Yunus Oğuzdan sərt reaksiya: "OnuAzərbaycana buraxmaq olmaz" – ÖZƏL

Şahmat üzrə   dünya çempionu, əslən bakılı Harri Kasparov Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib. Kasparov bölgədə qan axmamasını alqışladığını, lakin bunun onun üçün emosional olaraq ağır olduğunu bildirib.

Çempion, "ermənilərə güzəşt olunacaqmı, az da olsa muxtariyyət veriləcəkmi" sualının hələ də açıq qaldığını qeyd edib. O, həmçinin bütövlükdə Qarabağın artıq mövcud olmadığını və ermənilərə aid torpaq qalmadığını  da  dilə gətirib.

Mövzu ilə bağlı Olaylar qəzetinin və eyniadlı informasiya  agentliyinin baş  direktoru, yazıçı Yunus Oğuz Kasparovun  fikirlərinə  kəskin münasibət bildirib. Y. Oğuz məşhur aktyor Robert De Nironun 44 günlük müharibə zamanı Azərbaycana kömək məqsədilə 1 milyon dollar vəsait köçürməsi barədə yayılan xəbərlərə toxunaraq, aktyorun buna səbəb kimi "erməniləri yaxşı tanıdığını" bildirdiyini xatırladıb.

Baş redaktor Kasparovun açıqlamalarının zamanlamasını tənqid edib: "İndi  Kasparov  Azərbaycanın güclü bir vaxtında, yəni həm dünyada iqtisadi, həm diplomatik gücünü görəndən sonra  açıqlamalar verir. Kasparov 1988-ci ildən Ermənistanın və ermənilərin yanında olub, onlara maliyyə yardımı edib. Baxmayaraq  ki,  Azərbaycanın çörəyini yeyib böyüyüb."

Yunus Oğuz Kasparovun hərəkətlərini "xəyanət" adlandırıb və onun ölkəyə buraxılmaması təklifini irəli sürüb: "Mən hesab edirəm ki, onu heç vaxt Azərbaycana buraxmaq lazım deyil."

Yazıçı əlavə edib ki, belə adamlar yenə  Azərbaycana xəyanət edəcəklər. "Azərbaycanın çörəyini yeyib böyüyüblər. Heydər Əliyev hər şeyi edib ki, Kasparov dünya çempionatına çıxsın və dünya çempionu olsun. O isə  44  günlük  müharibə  zamanı  Ermənistana  maliyyə  yardımları  edirdi.  Ona görə də belə insanları Azərbaycana buraxmaq olmaz. Çünki yenə də su  bulandıracaqlar," - deyə Y. Oğuz fikrini yekunlaşdırıb.

Sevda  Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
3
olaylar.az

4Sources