EN

Kamran Əliyev Özbəkistanda

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Özbəkistanda səfərdədir.

Səfər çərçivəsində əvvəlcə Özbəkistan Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Söhbət zamanı ölkəmizin nümayəndə heyətini səmimi salamlayan Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Kamran Əliyev Özbəkistan – Azərbaycan müttəfiqlik münasibətlərinin ölkələrimizi daha da yaxınlaşdıracağını, xalqlarımızın rifahına xidmət göstərəcəyini qeyd edib.

Baş prokurorlar “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında 2026-2027-ci illər üçün nəzərdə tutulmuş Əməkdaşlıq Proqramı” imzalayıblar.

Kamran Əliyev dünən Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 4-cü iclasında Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan rəqəmsallaşma və elektron idarəetmənin inkişafından, Azərbaycan Prokurorluğunun fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən danışıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
xalqqazeti.az

2Sources