EN

Rusiyanın neft emalı zavodu ikinci dəfə vuruldu - VİDEO

Rusiyanın Krasnodar diyarındakı Afipski neft emalı zavoduna növbəti dəfə PUA hücumu edilib.

Milli.Az Rusiya mediasına istinadla xəbər verir ki, sentyabrın 26-na keçən gecə pilotsuz uçan aparatların hücumu Rusiyanın Krasnodar diyarında yerləşən Afipski Neft Emalı Zavodunda yanğına səbəb olub.

Rəsmi açıqlamada bildirilib ki, zavodun aqreqatlarından birinə PUA qalıqları düşüb və nəticədə yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb olunub, vəziyyət nəzarətə götürülüb.

Qeyd edək ki, illik 6.25 milyon ton neft emal edən zavod ötən ayın sonunda da PUA hücumuna məruz qalmışdı.

Fidan
Milli.Az

Chosen
20
1
milli.az

2Sources