EN

Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il sentyabrın 28-də Moldova Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edəcək.

MÉ™rkÉ™zi Seçki Komissiyası Katibliyinin Media vÉ™ kommunikasiya şöbÉ™sindÉ™n Modern.az-a verilÉ™n xÉ™bÉ™rÉ™ görÉ™, Moldova MÉ™rkÉ™zi Seçki Komissiyasının sÉ™dri Anjelika Karamanın rÉ™smi dÉ™vÉ™ti É™sasında hÉ™yata keçirilÉ™n bu sÉ™fÉ™r iki ölkÉ™nin ali seçki qurumları arasında É™mÉ™kdaÅŸlığın daha da möhkÉ™mlÉ™ndirilmÉ™si baxımından da mühüm É™hÉ™miyyÉ™t kÉ™sb edir.

Səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, Moldovalı həmkarı ilə görüşünün keçirilməsi, seçki idarəetmə orqanları arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi imkanları, həmçinin seçkilərin təşkili və idarə olunması sahəsində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacaq və seçki günü paytaxt Kişineudakı məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.

Chosen
11
2
modern.az

3Sources