EN

Melaniya başını silkələdi Tramp barmaqla göstərdi VİDEO

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampla helikopterdən yayılan görüntüləri gündəm olub. 

Globalinfo.az xəbər verir ki, cütlük BMT-nin sammitində iştirak üçün Vaşinqtondna Nyu Yorka helikopterlə səfər edib.

Onların helikopter enmədən öncə aralarındakı söhbət kameralara yansıyıb. İkilinin gərgin şəkildə hansısa mövzunu müzakirə etdiyi görüntülənib. KİV yazır ki, Melaniyanın Trampın sözlərinə reaksiya olaraq başını rədd cavabı şəkildə yana silkələməsi və prezidentin barmaqla onu göstərməsi cütlüyün mübahisə etdiyi qənaəti formalaşdırır.

Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmaneul Makronla həyat yoldaşı Bricit Makron arasında təyyarədə yaşanan mübahisə bütün dünyada rezonans doğurmuşdu. Hətta Tramp bundan sonra Makrona evliliklə bağlı məsləhətlər vermiş və belə hallarda qapının bağlı olub-olmadığını yoxlamağı tövsiyə etmişdi.

Trampla Melaniyanın görüntülərini təqdim edirik:

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
globalinfo.az

1Sources