EN

ISESCO rəsmisi: Üzeyir Hacıbəyli Festivalı musiqinin nəfəs aldığı qlobal platformadır

Üzeyir Hacıbəyli Festivalı sadəcə bədii tədbir yox, musiqi və incəsənətin nəfəs aldığı qlobal platformadır.

Far.Az report-a istiandən xəbər verir ki, bunu ISESCO-nun Bakı Regional Ofisinin direktoru Əbdülhakim Əl Sənan XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda deyib.

O bildirib ki, bu festival Azərbaycanın sivilizasiya missiyasını dünyaya çatdıran məkandır:

"Bu festival dərin məna daşıyır: o, böyük bəstəkarın dahiliyinə ehtiram, Şərqin ruhunu və Qərbin yeniliklərini vəhdətdə təqdim edən yaradıcılığın rəmzidir. Festival, eyni zamanda, dünyaya göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, sülhün, ilhamın və yaradıcılığın ünvanıdır".

Chosen
7
2
far.az

5Sources