EN

Gürcüstan Prezidenti Trampa ABŞ-la münasibətləri sıfırdan başlamağı təklif etdi - ÖZƏL

Gürcüstan Prezidenti Mixail Kavelaşvili 80-ci BMT Baş Assambleyasının çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşərək ölkələrarası münasibətləri "sıfırdan başlamağı" təklif edib. Olaylar.az xəbər verir ki, Kavelaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Trampa ölkələr arasında münasibətlərin yenidən qurulmasının vaxtı gəldiyini bildirib. Prezident Tramp isə bu məsələyə diqqət yetirəcəyini və mövzuya qayıdacağını vəd edib. Gürcüstan lideri həmçinin Nyu-Yorkda ABŞ Ticarət Naziri Hovard Latniklə də görüşüb. Qeyd edək ki, Kavelaşvili və Gürcüstan Baş Naziri İrakli Kobaxidze Trampa açıq məktublar göndərərək münasibətlərin yenidən qurulmasını təklif etmişdilər. Gürcüstan ilə ABŞ arasındakı münasibətlər 2024-cü ildə ölkədə "xarici agentlər" haqqında qanunun qəbulundan sonra gərginləşmişdi. Baş Nazir Kobaxidzenin keçən ilin noyabrın 28-də Aİ-yə üzvlük danışıqlarının dayandırılması barədə açıqlamasından sonra ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dayandırmışdı. Gürcüstan hökuməti ABŞ-da hakimiyyətin dəyişəcəyinə və münasibətlərin yenidən qurulacağına ümid bəsləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
olaylar.az

1Sources