Azərbaycanda tez-tez estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı şikayətlərə rast gəlinir.
Hələ bu ilin mayında Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti ilə bağlı monitorinq aparılmışdır.
Araşdırmalar zamanı estetik cərrahiyyə əməliyyatları həyata keçirən və kosmetoloji xidmətlər göstərən 9 klinika, eləcə də bir neçə kosmetoloji mərkəzdə pozuntular aşkarlanmışdı.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanılıb və "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq bu kimi qanun pozuntularından çəkindirmək məqsədi ilə bir sıra vətəndaşlara və vəzifəli şəxslərə xəbərdarlıq edilib.Habelə, həmin Qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilib
Təəsüf ki, bugün ölkəmizdə ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan həkimlərin sayı günbəgün artmaqdadır.