EN

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

“Birbank” müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir.

Belə ki, artıq “Kapital Bank”a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır. Bunun üçün “Birbank” mobil tətbiqində uyğun bonus kateqoriyalarını seçmək yetərlidir.

Qeyd edək ki, bonus hər ay mütəmadi olaraq yenilənir və istifadəçilərə 4 fərqli istiqamətdə bonuslar qazanmaq şansı yaradır. Bu kateqoriyalara telefon, internet, kommunal və TV ödənişləri, market, kafe, restoran, taksi, aptek, hotel, YDM və digər xidmətlər daxildir.

Toplanmış bonuslardan “Birbank” mobil tətbiqi üzərindən kommunal və mobil ödənişlərdə, eləcə də “m10”, “Birmarket”, “BakıKart QR”, “Trendyol” və minlərlə partnyor mağazalarda istifadə etmək mümkündür. Sentyabr ayından etibarən mərhələli şəkildə tətbiq olunan yenilik yaxın zamanda daha çox müştəri üçün əlçatan olacaq.

Ətraflı məlumat üçün: birbonus.az

Chosen
23
29
publika.az

10Sources