EN

"İctimai nəqliyyatda olmaq mənim üçün həm rahat, həm də maraqlıdır"- Deputat

“İctimai nəqliyyatdan istifadə mənim üçün həm rahatdır, həm də maraqlı”.

Bunu Milli Məclisin deputatı Azər Allahverənov TV365 kanalına açıqlamasında deyib. 

"Həftədə bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edirəm. Sonuncu dəfə bazar günü minmişdim. Mənim üçün bu, həm rahatçılıq deməkdir, həm də müəyyən komfort hissi yaradır. Çünki tıxacda vaxt itirmək əvəzinə ictimai nəqliyyat daha münasib olur”.

Allahverənov qeyd edib ki, ictimai nəqliyyatda insanların arasında olmaq, onları izləmək və söhbət etmək də maraqlıdır:

“Adamların arasında olmaq, onların proseslərini izləmək maraqlıdır. Hətta bəzən tanıyanlar da olur, yaxınlaşıb salamlaşırlar. Mənə yer verirlər, hörmət göstərirlər. Bu münasibət çox xoşdur”.

Deputat hesab edir ki, ictimai nəqliyyat gündəlik həyatın ayrılmaz hissəsidir:

“İctimai nəqliyyat bizim həyatımızın bir parçasıdır. Ondan çəkinməyə ehtiyac yoxdur. Mən rahat şəkildə istifadə edirəm və özümü komfortlu hiss edirəm”.

Chosen
6
news365.az

1Sources