EN

Dərhal Belarusu tərk edin! - Polşa XİN

Polşa Xarici İşlər Nazirliyi Belarus Respublikasında olan Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır.

"Unikal" xəbər verir ki, bu barədə Polşa hökuməti bəyanat yayıb.

Polşanın Minskdəki səfirliyi bəyan edib ki, vəziyyətin gərginləşməsi, regionda davam edən müharibə və Polşa vətəndaşlarının dəfələrlə özbaşına həbsləri səbəbindən Polşa Xarici İşlər Nazirliyi Belarusa hər cür səfərdən çəkinməyi tövsiyə edir.

"Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər",- bəyanatda qeyd olunub. 

Chosen
9
8
unikal.az

10Sources