EN

“Qarabağ”ın azad şəhərlərimizə ehtiramı

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda bir sıra yeniliklər edilib. Bu barədə “Qarabağ” klubu məlumat yayıb.

Bildirilir ki, tribunalarda bəzi sektorların yerləri və adları dəyişdirilib. VIP və VVIP sektorlara işğaldan azad olunmuş şəhərlərin (Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndi) adları veriib.

Qarşılaşmanın biletləri dünən saat 15:00-dan satışdadır və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletləri əldə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” qarşılaşması oktyabrın 1-də, saat 20:45-də başlayacaq.

Qabil YUSİFOĞLUXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
3
xalqqazeti.az

8Sources