EN

"Neftçi" Abubakara nə qədər maaş təklif edir?

"Neftçi" Kamerun millisinin hücumçusu Vensan Abubakarı mümkün qədər aşağı maliyyə şərtləri ilə heyətinə qatmağı planlaşdırır.
 
Moderator.az xəbər verir ki, Publika.az Bakı klubunun 33 yaşlı futbolçuya təklif etdiyi maaş və müqavilə şərtləri ilə bağlı məlumat əldə edib.
 
"Neftçi" rəhbərliyi Abubakara 1+1 illik müqavilə və illik 500 min avro maaş təklif edib. Razılıq əldə olunarsa, sözləşmənin müddətinin artırılması ilə bağlı qərarda söz sahibi klub olacaq.
 
Abubakarla bir neçə klub maraqlanır. "Ağ-qaralar"ın təklif etdiyi şərtlər digərləri və futbolçunun tələb etdiyi 1 milyon avro ilə müqayisədə yaxşı olmasa da, Azərbaycanın Avropada yerləşməsi, bir müddət yaşadığı Türkiyə ilə oxşarlıqları olması və komandanın avrokuboklar uğrunda mübarizə aparması kamerunlu forvardın diqqətini cəlb edib.
 
Abubakar keçidə razılıq versə, yeni həftənin ilk günlərində transfer reallaşacaq.
Chosen
18
2
moderator.az

10Sources