EN

“NATO ölkələri dronları bahalı raketlərlə davamlı olaraq vura bilməzlər” - Rutte

Qərbin silahlı qüvvələri yaxınlaşan pilotsuz təyyarələri bahalı raketlərlə vurmağa davam edə bilməzlər.

Herbiand.az bildirir ki, bunu NATO-nun baş katibi Mark Rutte Bloomberg-ə müsahibəsində deyib.

“1000 və ya 2000 dollar qiymətində olan pilotsuz təyyarələri, bəlkə də yarım milyon və ya bir milyon dollara başa gələn raketlərlə davamlı olaraq vurmaq qəbuledilməzdir”, - baş katib qeyd edib.

NATO-nun lazımi avadanlıqları bəs edəcəkmi ilə bağlı suala Rutte “Qısa müddətdə bəli” cavabını verib: “NATO ukraynalılardan öyrənir və yaxın həftələrdə tətbiq olunacaq texnologiyaları sürətlə inkişaf etdirir”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
13
herbiand.az

1Sources