EN

Buray evlənməyə hazırlaşır

Türkiyənin məşhur müğənnisi Buray evlənməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, o, Soyak Holdinq İdarə Heyətinin sədri Erkut Soyakın qızı Mina Soyakla nikah masasına oturacaq.

Cütlüyün elçilik mərasimi bu həftə sonu baş tutacaq.

Buray daha əvvəl Avstraliyada 7 illik evliliyindən sonra boşanmışdı. Məşhur sənətçi Mina Soyakla ikinci dəfə ailə həyatı quracaq.

Mina Soyak "Üstkattayız" və "The Organized Mess" geyim markasının qurucusu olaraq biznes və moda dünyasında özünü təsdiq edən sahibkardır.

Qeyd edək ki, Buray sentyabrın 23-də Bakıda konsert proqramı ilə çıxış edəcək. 

Könül İbrahim
Musavat.com

WhatsApp

 

Chosen
22
musavat.com

1Sources