EN

Metropoliten əməkdaşlarının maaş artımı ödənilmir - ŞİKAYƏT

Metropoliten əməkdaşlarının maaş artımı yanvar ayından indiyə kimi ödənilmir.

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-də çalışan əməkdaş müraciət ünvanlayıb.

"Artıq il başa çatır, amma bizim almalı olduğumuz artımları vermirlər. Səbəb kimi isə deyirlər ki, ümumi nəqliyyat sistemində heç yerdə maaş artımı ödənilmir. Əgər həqiqətən belədirsə belə o zaman niyə ödənilmir, səbəbi nədir? Bu barədə heç nə deyən yoxdur", - deyə şikayətdə vurğulanır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Milli.Az

Chosen
10
10
milli.az

10Sources