EN

Rusiya Xersona aviabombalar və dronlarla hücum edib, ölən və yaralananlar var

Bu gün Rusiya Xerson vilayətinə genişmiqyaslı hava hücumu təşkil edib.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Məlumata görə, hücum zamanı Rusiya ordusu kritik və sosial infrastruktur obyektlərinə, yaşayış məhəllələrinə zərbələr endirib. Bir çoxmərtəbəli bina və 8 fərdi ev, təsərrüfat tikililəri, fərdi qarajlar və avtomobillər məhv edilib.

Regional Dövlət Administrasiyasının sədri Aleksandr Prokudinin məlumatına görə, Rusiyanın zərbələri nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Bu gün ümumilikdə Rusiya ordusu Ukraynaya 154 hücum dronu və digər növ pilotsuz uçan aparatlarla hücum edib.

Chosen
17
4
apa.az

5Sources