EN

Kannavaronun yeni iş yeri bilindi SON DURUM

ain.az, Fanat portalına istinadən məlumat verir.

İtaliya millisinin əfsanəvi sabiq müdafiəçisi Fabio Kannavaro Özbəkistan millisini çalışdıra bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Championat.asia" yayıb. 

Mənbənin məlumatına görə, 52 yaşlı mütəxəssis Özbəkistan Futbol Assosiasiyasının rəhbərliyi onunla görüşüb və millini çalışdırmaq üçün müqavilə təklif olunub.

Xatırladaq ki, italiyalı avqustda Özbəkistanda olub. O, ölkənin futzal üzrə Superkubok matçının fəxri qonağı olub, həmçinin Özbəkistan futbol veteranlarına qarşı keçirilən yoldaşlıq oyununda iştirak edib.

Kannavaro əvvəllər Qazaxıstan millisinin baş məşqçisi postuna namizəd hesab edilsə də, maliyyə anlaşılmazlıqları səbəbindən danışıqlar baş tutmayıb.

Kannavaronun son iş yeri "Dinamo Zaqreb" olub.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
1
fanat.az

2Sources