EN

Çilili parlamentarilər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər



Ölkəmizdə səfərdə olan Çili Respublikası Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan və Senatın İqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards sentyabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Newscenter.az xəbər verir ki, nümayəndə heyəti, sonra Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov və digər rəsmi şəxslər müşayiət ediblər.

Süleyman
Chosen
17
11
newscenter.az

10Sources