EN

“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”,regionun ən böyük innovasiya tədbiri – “İNMerge” sammitinə platinsponsor qismində dəstək göstərir.

"PASHA Holding"in təşkilatçılığı ilə 29–30 sentyabr 2025-ci ildəBakı Konqres Mərkəzində keçiriləcək sammitin məqsədi startaplarlainvestorları bir araya gətirərək səmərəli əməkdaşlıqlar üçünplatforma yaratmaq, ideya və təcrübə mübadiləsini təşviq etməkdir.Tədbir çərçivəsində fintex, telekommunikasiya, e-ticarət və digərsahələrdən olan qlobal liderlər və innovatorlar görüşəcək,iştirakçılara beynəlxalq tərəfdaşlıqlar qurmaq və regionuninnovasiya gündəmini formalaşdıran simalarla ünsiyyət imkanıveriləcək.

Bu il “PAŞA Bank” sammitdə “Məsuliyyətli bankçılıq” mövzusunahəsr olunmuş xüsusi vertikalın ev sahibliyini həyata keçirir.Burada məsuliyyət bank sektorunda sadəcə bir seçim və ya trenddeyil, bütövlüyün, etibarın və uzunmüddətli dəyər yaratmağınayrılmaz tələbi kimi təqdim olunacaq. Sessiyalarda biznesincəmiyyətə verə biləcəyi real fayda, dayanıqlı maliyyə ekosistemininformalaşmasında innovasiyanın rolu və qlobal transformasiyalarınregiona təsiri müzakirə ediləcək.

Məsuliyyətli bankçılıq yanaşması maliyyə institutlarının yalnıziqtisadi deyil, həm də sosial və ekoloji sahələrdə dayanıqlı təsirgöstərməsini nəzərdə tutur. Bu konsepsiya şəffaf qərarverməni,ətraf mühitə qayğını, cəmiyyət üçün fayda yaratmağı və uzunmüddətlidəyərin qorunmasını əsas götürür. Etibarlı maliyyə tərəfdaşı kimi“PAŞA Bank” korporativ sektorda məsuliyyətli bankçılığın inkişafınadəstək verməkdə və Azərbaycanın iqtisadiyyatının dayanıqlıinkişafına töhfə göstərməkdə qətiyyətlidir.

Məqalədə:
Chosen
17
5
az.trend.az

6Sources