EN

“Qarabağ” – “Kopenhagen” oyununa neçə bilet satılıb? – FOTO

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək oyuna artıq 27 500 bilet satılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Bilet satışının yüksək olması azarkeşlərin matça böyük marağını göstərir. Bilet satışına ötən gün start verilib. Standart biletlərin qiyməti 5, 10, 30, 40, 50 və 75, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar ümünsə 500 manatadır.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlayacaq. Klub rəsmiləri azarkeşləri vaxtında stadionda yer tutmağa dəvət ediblər.

Chosen
10
1
tribunainfo.az

10Sources