EN

Azərbaycanda neçə uşaq xarici vətəndaşa övladlığa verilib? - RƏSMİ CAVAB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Övladlığa verilmə prosesi cəmiyyətin ən həssas mövzularından biridir. Bu, yalnız bir ailənin övlad həsrətinə son qoymaq deyil, həm də valideyn himayəsindən məhrum olmuş uşaqların həyatında tamamilə yeni bir səhifə açır.
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da övladlığa götürmə institutunun əsas məqsədi uşaqların ailə mühitində böyüməsini təmin etmək, onların sağlam inkişafına, təhsilə və psixoloji sabitliyə sahib olmalarına şərait yaratmaqdır.
Bəs cari ildə Azərbaycanda neçə uşaq övladlığa verilib? Bunlar arasında neçə xarici vətəndaş var?
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə 103, 2019-cu ilin 1 noyabr tarixindən bu günədək isə 772 uşaq övladlığa verilib. Onlardan 381-i qız, 391-i oğlan uşağıdır:
"Son illərdə Azərbaycanda övladlığa uşaq götürmək üçün müraciət edən xarici vətəndaşlar da var. Müraciətlərin dördü üzrə yekun məhkəmə qətnaməsi çıxarılaraq uşağın övladlığa verilməsi təmin edilib".
Chosen
18
oxu.az

1Sources