Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 sentyabr2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-cisessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti sülhə, ədalətəvə tərəqqiyə səslədi, qlobal təhlükəsizliklə bağlı mühüm mesajlarverdi.
Bunu Trend-ə açıqlmasındaMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədripolkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, dövlət başçısı daha təhlükəsiz dünyaüçün atılması gərəkən addımlara diqqət çəkib:
“Prezident İlham Əliyevin BMT kürsüsündəki çıxışı, bu çıxışdayer alan fikirlər bütün dünyanın bugünü və gələcəyi baxımındanböyük əhəmiyyətə malikdir. Dövlət başçısı faktiki olaraq bu çıxışıilə daha təhlükəsiz, daha ədalətli dünyanı necə, hansı şəkildə inşaetməyin formulunu təqdim etdi. Prezident İlham Əliyev bildirdi ki,belə bir dünya yaratmaq üçün öncə ikili standartlardan imtinaedilməli, ədalətin selektiv şəkildə tətbiqindən imtina olunmalıdır.Çünki bu cür yanaşma insanların ədalətə olan inamına zərbə vurur,onlarda məyusluq doğurur.
Qeyd edək ki, Azərbaycan uzun müddət Ermənistanın işğalı iləyanaşı, həm də ikili standartlardan, ədalətsizlikdən əziyyət çəkib.30 ilə yaxın müddətdə qlobal güclər, dünyanın aparıcı ölkələriAzərbaycanın haqq işini əməli şəkildə dəstəkləməyib, təcavüzkarlatəcavüzə məruz qalan arasında fərq qoymayıblar. Məhz bu baxımdanAzərbaycan ikili standartlara şahid olan, ədalətsizliklə üzləşəndövlət kimi ədalətli yanaşmanın nə qədər vacib olduğunu, buməsələdə selektiv yanaşmaların haqsızlığa məruz qalan xalqlartərəfindən necə böyük məyusluq və qəzəb doğurduğunu bilir. Bunagörə də cənab Prezident daha gözəl, daha ədalətli dünya üçün ikilistandartlardan imtinanın həuyati əhəmiyyət kəsb etdiyini bir kəsdaha diqqətə çatdırdı”.
Polkovnik qeyd etdi ki, dövlət başçısının diqqət çəkdiyiamillərdən biri də sülh faktoru olub:
“Prezident İlham Əliyev bəşəriyyətin firarvanlığı və tərəqqisibaxımından sülh amilinin son dərəcə həyati önəm kəsb etdiyinivurğuladı. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, sülh yalnızsözdə deyil, həm də əməldə olmalıdır. Çünki yalnız bu halda həqiqisülhü təmin etmək, onun praktiki nəticələrindən faydalanmaqmümkündür. Hansı ki, Prezident İlham Əliyevin liderliyi ilə 44günlük Vətən müharibəsindən sonra Azərbaycan regional sülh uğrundaardıcıl səylər, böyük fədakarlıqlar sərgilədi. Bütün bu səylər2025-ci ilin 8 avqust tarixində ABŞ-da Azərbaycanla Ermənistanarasında sülh mətninin paraqraflanması ilə nəticələndi. Qeyd edəkki, Prezident İlham Əliyev sülhə verdiyi dəstəyə görə ABŞprezidenti Donald Trampa bir daha təşəkkür etdi, onun əməyiniyüksək qiymətləndirdiyini vurğuladı.
Bir sözlə, Prezident İlham Əliyev BMT-dəki çıxışı iləbəşəriyyətin inkişafına yön verdi, dünya dövlətlərinə bir növgələcək fəaliyyətlə bağlı dəqiq, aydın yol xəritəsi təqdim etdi.Dövlət başçısı öz dəmir məntiqi ilə sübut etdi ki, planetimizinsabahı dünya dövlətlərinin bir-birləri ilə sülh şəraitindəyaşamasından, səmimi əməkdaşlığından asılıdır və Azərbaycan bundansonra da bu cür səyləri əməli şəkildə dəstəkləməyə, bəşəriyyətinrifahına töhfə verməyə hazırdır”.