EN

Gəncə–Mingəçevir–Ağstafa marşrutu regionların tarazlı inkişafına dəstək verəcək

BAKI, 26 sentyabr. TELEQRAF

Gəncə-Mingəçevir- Ağstafa marşrutunun açılması Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrinin sosial-iqtisadi inkişafına, eləcə də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq".

Teleqraf-ın Mingəçevirə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər: "Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 manat, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 manat təşkil edəcək. Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana biləcəklər".

Chosen
25
9
teleqraf.com

10Sources