EN

“Qarabağ” – “Kopenhagen” oyununa böyük maraq

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa biletlər bitmək üzrədir.

Msport.az xəbər verir ki, indiyədək 27 min 500 bilet satılıb.

Bilet satışı davam edir.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Chosen
7
18
msport.az

10Sources