EN

Yay mövsümündə günvurma ilə əlaqədar 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Cari ilin yay mövsümündə (iyun, iyul, avqust ayları üzrə) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib. Digər 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.

Eyni zamanda, günvurma ilə əlaqədar Sumqayıt, Şirvan, Salyan, Siyəzən, Astara, Zaqatala, Qəbələ, Quba, Qax, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala, Zaqatala və digər bölgələrdən də 23 nəfərin çağırışı daxil olub. Onlardan 13-nə yerində tibbi yardım göstərilib, 10-u isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Chosen
13
26
azertag.az

10Sources