EN

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Bir sıra Qanun və Məcəllədə “valideynlərini itirmiş uşaqlar” anlayışının “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit edilməsi təklif edilir.
 
Demokrat.az xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb.
 
Mövcud qanunvericiliyə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.

Lakin, Ailə Məcəlləsində, eləcə də “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid  bir anlayışdan istifadə olunur.
 
Bu xüsusda, təklif olunan dəyişikliklərə əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar” anlayışı ismin müvafiq hallarında “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit edilir.

Chosen
16
27
demokrat.az

10Sources