EN

Vətən müharibəsində qazanılan Zəfər gələcək nəsillər üçün həm motivasiya, həm də örnəkdir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Biofizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə hər iki Qarabağ müharibəsində Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü professor Oktay Qasımov İkinci Qarabağ müharibəsinin xalqımızın tarixi Zəfəri kimi yaddaşlara həkk olunduğunu vurğulayıb: “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam şəkildə bərpa olunub. Biz artıq yeni inkişaf mərhələsinə qədəm qoymuşuq. Bu gün ölkəmiz dünyanın ən nüfuzlu maliyyə və investisiya qurumları ilə əməkdaşlıq edir, böyük layihələrə imza atır. Biz həmin müharibədə yalnız torpaqlarımızı deyil, həm də milli kimliyimizi, dövlətçiliyimizi qorumuşuq. Bu, xalqımızın Vətənə bağlılığını, torpaqlar uğrunda fədakarlığını bütün dünyaya göstərib. Bu Zəfər gələcək nəsillərə ən böyük motivasiya, ən güclü örnək olub”.

Daha sonra institutun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Ləman Süleymanova 27 sentyabrın Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq deyib: “Bu gün təkcə Anım Günü deyil, həm də qəhrəmanlıq günüdür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. 44 günlük zəfər yürüşündə torpaqlarımız azad edildi, Qarabağda Azərbaycanın suverenliyi bərpa olundu. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi hesabına qazanıldı. Bu gün Qarabağda həyat yenidən qurulur”.

Tədbirin sonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda müharibə xronikası, şəhidlərimizin şərəfli həyat yoluna dair görüntülər və Qarabağda qazanılmış tarixi Zəfəri əks etdirən kadrlar tədbir iştirakçılarına dərin emosiyalar yaşadıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
50
azertag.az

10Sources