EN

İlham İsmayıl sərbəst buraxıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dələduzluqda təqsirləndirilərək saxlanılan ekspert İlham İsmayıl sərbəst buraxılıb.
Oxu.Az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində İ.İsmayılla bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçib.
Xatırladaq ki, İlham İsmayıl Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. O, dələduzluqda ittiham edilir.
İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Samir Əli
Chosen
8
3
oxu.az

4Sources