EN

Azərbaycan və Çin enerji sahəsində potensial investisiya imkanlarını müzakirə edib

ain.az, Missiya.az portalına istinadən məlumat yayır.

Azərbaycan və Çin bərpa olunan enerji, hidroakkumulyasiya sistemləri və digər sahələrdə potensial investisiya imkanları nəzərdən keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir "PowerChina Resources Ltd." şirkətinin sədri Conq Haysianq (Zhong Haixiang) ilə görüşüb.

"Görüşdə Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın enerji sahəsində möhkəmləndirilməsi çərçivəsində quruda və dənizdə əməkdaşlıq etdiyimiz günəş-külək enerjisi layihələrinin icrasına dair məsələlər müzakirə edilib", - deyə M.Cabbarov qeyd edib.

“PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang ilə keçirilən görüşdə #Azərbaycan ilə #Çin arasında hərtərəfli strateji tərəfdaşlığın #enerji sahəsində möhkəmləndirilməsi çərçivəsində quruda və dənizdə əməkdaşlıq etdiyimiz #günəş-#külək enerjisi layihələrinin icrasına… pic.twitter.com/qqmurbtnLJ

— Parviz Shahbazov (@ParvizShahbazov) September 26, 2025

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
5
missiya.az

6Sources