EN

Beynəlxalq donorlar Fələstinə təcili yardım ayırır

Bir qrup donor ölkə Fələstin Administriyasına təcili maliyyə dəstəyi göstərilməsi ilə bağlı razılığa gəlib.

Axar.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanı, İspaniya, Britaniya, Yaponiya və Fransa bu təşəbbüsü dəstəkləyən ölkələr arasındadır. Təşəbbüs "Fələstin Administriyasının Maliyyə Davamlılığı üzrə Təcili Koalisiya" adlandırılır.

Norveç hökuməti öz payının 40 milyon Norveç kronu (təxminən 4 milyon ABŞ dolları) olduğunu açıqlayıb.

Koalisiyanın əsas məqsədi Fələstin Administriyasının maliyyə vəziyyətini sabitləşdirmək, onun idarəetmə, əsas xidmətləri göstərmə və təhlükəsizliyi təmin etmə imkanlarını qorumaqdır.

Chosen
8
3
axar.az

5Sources